Maykl Essyen "Çelsi" azarkeşlərinə müraciət edib

15-05-2019 [21:32]
Hazırda "Səbail"də çıxış edən qanalı futbolçu Maykl Essyen Bakıdakı Avropa Liqasının final matçından əvvəl İngiltərənin "Çelsi" klubunun azarkeşlərinə müraciət edib.

Təcrübəli yarımmüdafiəçi keçmiş komandasına "Arsenal"la keçirəcəyi qarşılaşmada dəstək istəyib. O, üç aydır yaşadığı Bakını çox sevdiyini vurğulayaraq bütün "Çelsi" fanatlarını Azərbaycan paytaxtına dəvət edib.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 23:00-da başlanacaq./Report



SON XƏBƏRLƏR