Gürcüstanda meşə yanğını baş verib

img

15-05-2019 [21:25]


Gürcüstanın Borjomi dərəsində yerləşən Sakire kəndi yaxınlığında meşə yanğını baş verib

"Report"un Gürcüstan bürosu xəbər verir ki, dağ yamacında yanğının söndürülməsinə Sərhəd Polisinin helikopteri cəlb olunub.

Relyefin çətinliyindən texnikanın yanğın ocağına yaxınlaşması çətinləşib. Yanğının aradan qaldırılmasına Tbilisi, Borjomi, Axaltsixe və digər bölgələrdən 150-yə yaxın yanğınsöndürən cəlb olunub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR