Prezident İlham Əliyev Şimali Makedoniyanın başçısına təbrik məktubu göndərdi

img

15-05-2019 [17:10]


Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskiyə təbrik məktubu göndərib.

Mia.az xəbər verir ki, dövlətimizin başçısı Şimali Makedoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə Stevo Pendarovskini təbrik edib.

"Ümidvaram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik”, - deyə Prezident İlham Əliyev bildirib.

Dövlətimizin başçısı Şimali Makedoniya Respublikasının Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı fəaliyyətində uğurlar diləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR