Həssas əhali qruplarına hüquqi dəstək” təşəbbüsü üzrə fəaliyyətlərə başlanıb

img

15-05-2019 [15:48]


Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan "Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində "Həssas əhali qruplarına hüquqi dəstək” təşəbbüsü üzrə fəaliyyətlər həyata keçirilir.

Mia.az xəbər verir ki, bu təşəbbüsün məqsədi həssas əhali qruplarının hüquqi xidmətlərə çatımlıq imkanının genişləndirilməsi və məhkəmələrin və dövlət orqanlarının fəaliyyətində qanunun aliliyinin təmin olunmasının artırılmasıdır.

Bu təşəbbüs üzrə xidmətlər göstərən hüquqşünas Hafiz Həsənov tərəfindən ilkin mərhələdə təşkilati-texniki məsələlr üzrə hazırlıq işləri aparılıb və fəaliyyətlər üzrə xidmət komandası formalaşdırlıb.

Bundan sonra Hüquqi Yardım Mərkəzi yardılıb və burada həssas əhali qruplarına hüquqi yardım xidmətlərinin göstərilməsinə başlanıb. Təcrübəli hüquqşünasların fəaliyyət göstərdiyi bu Mərkəzdə indiyədək 40-dan artıq müraciət üzrə hüquq məsləhətləri verilib, dövlət orqanlarına və məhkəmələrə ərizə və şikayətlər, iddia ərizələri hazırlanıb, ayrı-ayrı hüquq normalarının izahı verilib və s.

Mərkəzin fəaliyyət göstərəcəyi 6 aylıq müddət ərzində ümumilikdə 250-dən artıq şəxsə hüquqi yardımın göstərməsi nəzərdə tutulub. Hüquqi Yardım Mərkəzinə 012 511 62 28 və 077 611 74 43 saylı telefonlarla, həmçinin himerkez yahoo.com elekton ümvanı vasitəsi ilə müraciət olunur.

Bunlarla yanaşı bu Təşəbbüs üzrə həssas əhali qrupları arasında hüquqi məlumatlılığın artırılması və online hüquqi yardımın göstərilməsi məqsədilə "Hüquqlarımızı bilək” adlı feysbuk səhifəsi yaradılıb. Burada əsasən sosial hüquqlarla bağlı qanunvericilik aktları, qanun layihələri, yeni qanunlar və qanunvericiliyə dəyişikliklər, onların hüquqi şərhləri barədə məlumatlar yerləşdirilir, online müzakirələr aparılır. Bu səhifədə həmçinin, önline hüquqi yardımın göstərilməsi, müraciət edən şəxslərə hüquq məsləhətlərinin verilməsi, hüquqi mövzuda sualların cavablandırılması, ayrı-ayrı hüquq normaları və hüquqi məsələlər izah olunur və s.

Bu Təşəbbüs üzrə həyata keçirilən fəaliyyətlərlə yanaşı növbəti mərhələdə İmişli, Şirvan vı Sumqayıt şəhərlərində hüquqi məlumatlarndırılma seminarlar keçirilməsi, həmin regionlarda həssas əhali qruplarının hüquqi yardım qəbullarının aparılması və hüquqi maarifçilik xarakterli iki videoanimasiyanın hazırlanıb sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.

Hazırda qeyd edilən fəaliyyətlərin həyata keçirilməsi üzrə hazırlıq işləri aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR