Müsavat başqanı ABŞ-da: Arif Hacılı departament rəsmisi ilə müzakirə apardı + FOTO

img

15-05-2019 [12:35]


Müsavat Partiyasının başqanı Arif Hacılı ABŞ səfəri çərçivəsində Dövlət Departamentində Departamentin Qafqaz məsələləri və Regional Münaqişələr şöbəsinin direktoru Alisiya Ellisonla görüşüb. 

Mia.az xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

Pariya sədri qeyd edib ki, görüşdə Azərbaycanda insan haqları, demokratik hüquq və azadlıqlar, siyasi məhbuslar mövzusunda müzakirələr aparılıb. 

A. Hacılı bildirib ki, regional qarşılıqlı münasibətlər, Qarabağ probleminin həlli və digər məsələlər barədə Azərbaycanın və rəhbərlik etdiyi partiyanın mövqeyini açıqlayıb. 

Görüşdə həmçinin ABŞ-Azərbaycan münasibətlərinin bəzi aspektləri müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR