ABŞ bütün diplomatlarını İraqdan çıxarır - Böyük müharibəyə hazırlıq, yoxsa...

img

15-05-2019 [12:24]


ABŞ əməliyyat xidməti ilə əlaqədar olmayan bütün hökumət məmurlarını, Bağdaddakı səfirliyin və Ərbildəki konsulluğun diplomatik heyətini İraqdan çıxarır.

TASS xəbər verir ki, məlumatı ABŞ-ın İraqdakı səfirliyi yayıb.

"Dövlət Departameni fövqəladə vəziyyətlə əlaqədar olmayan bütün dövlət qulluqçularının Bağdaddakı səfirlikdən və Ərbildəki konsulluqdan çıxarılması barədə göstəriş verib”, - deyə səfirliyin rəsmi açıqlamasında vurğulanıb.

Müvəqqəti olaraq standart viza xidməti də dayandırlıb.

Qeyd edək ki, ABŞ-ın əməkdaşlarının sayına və ərazisinə görə ən böyük səfirliyi Bağdadda yerləşir/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR