Şriftin ölçüsü / 85 dəfə oxunub

“Azərbaycanda ailə zorakılığı, təhsildən yayınma və erkən nikah problemləri var”

15 May 2019 [15:03]
"Dünyanın bir çox ölkələri gözəl ailə modeli layihəsi çərçivəsində həyata keçirdikləri tədbirlərdə Azərbaycanın da təmsil olunmasını istəyirlər. Bununla bağlı təkliflər almışıq”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Beynəlxalq Ailə günü”nə həsr edilən "Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın ailə modeli yalnız dünyanın 7-8 ölkəsində var: "Ölkəmizdə çox gözəl ailə modeli var. Biz Azərbaycanda sağlam, təhsilli ailələrin inkişaf etməsini istəyirik. Eyni zamanda sosial problemli ailələrin müdafiəsi də bizim siyasətin əsas istiqamətlərindən biridir. 

Bu gün Azərbaycanda ailə zorakılığının, təhsildən yayınma və erkən nikahların qarşısının alınmsı gündəlikdə olan problemlərdir. Təbii ki, Azərbaycan dünyada gedən proseslərdən kənarda qala bilməzdi”.

Report


SON XƏBƏRLƏR
17:55 21.05.2019
Ağdaşda oğru tutulub