Onlara vergi güzəşti olacaq - Vergi ombudsmanı

img

15-05-2019 [13:51]


"Azərbaycanda yarışlarda mükafatçılara verilən əşyalar vergidən azadır. Həmçinin beynəlxalq yarışlarda 4 min manatdək, daxili turnirlərdə isə 200 manatdək mükafatlardan vergi tutulmur".

Bunu Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə keçirilən "Futbol və Biznes" sammitində Vergilər Nazirliyinin nümayəndəsi, vergi ombudsmanı Elçin Məmmədov deyib.

O, bildirib ki, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi – 2019-cu il 1 yanvar tarixindən 10 il müddətinə vergidən azad olunub. Nazirlik rəsmisi paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslərin istisna olduğunu əlavə edib. 

E.Məmmədov vurulayıb ki, Vergilər Nazirliyi tərəfindən UEFA Avropa Liqasının finalı və 2020-ci il Avropa çempionatının final mərhələsinin görüşləri zamanı müəyyən güzəştlər olacaq.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da keçiriləcək. Bu görüşlə yanaşı, AVRO-2020-nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR