İran ABŞ-a meydan oxudu - Nüvə razılaşması pozuldu

img

15-05-2019 [10:19]


İran nüvə proqramı üzrə imzaladığı Əhatəli Razılaşma Müqaviləsinin bəzi öhdəliklərinin icrasını dayandırdığını rəsmi olaraq elan edib.

Bu barədə "İSNA” agentliyi İranın Atom Energetikası Agentliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, mayın 8-də İran Prezidenti Həsən Ruhani 300 kq zənginləşdirilmiş uranın və 130 tondan artıq ağır suyun xaricə satışını 60 gün müddətinə dayandıracaqlarını bildirmişdi.

Xatırladaq ki, 2015-ci il iyulun 15-də İranla "altılıq” ölkələri (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Çin və Rusiya) arasında rəsmi Tehranın nüvə proqramına dair imzalanıb. Avropa İttifaqının ali nümayəndəsi, Almaniya, Britaniya və Fransanın xarici işlər naziriləri birgə bəyanat yayaraq, İranın nüvə anlaşmasındakıə öhdəliklərinin yerinə yetirməyə çağırıblar/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR