Mustafa Dənizli istefa verdi

14-05-2019 [20:28]
Türkiyənin tanınmış fubol mütəxəssislərindən biri Mustafa Dənizli "Kasımpaşa” klubunun baş məşqçisi postundan istefa verib.

Mia.az Türkiyə mediasına istinadən bildirir ki, mövsümün başa çatmasına iki tur qalmış klubdan ayrılan Dənizli bununla bağlı yazılı açıqlama yayıb. 

Baş məşqçi bunu komandasının uğursuz oyunu ilə əlaqələndirib.

Qeyd edək ki, 32 turdan sonra "Kasımpaşa” 38 xalla turnir cədvəlində 13-cü sıradadır. 




SON XƏBƏRLƏR