İcra başçısı səyyar qəbul keçirib, camaatın müraciətlərini araşdırıb - FOTOLAR

img

14-05-2019 [18:27]


Bu gün Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 4-cü mikrorayon H.Seyidzadə küçəsi 28 ünvanda növbəti  səyyar qəbul keçirib, sakinlərin müraciətlərini dinləyib. 

Bu barədə İH-dən Mia.az-a verilən məlumata görə, mikrorayonda, o cümlədən Mir Cəlal, H.Seyidzadə, M. Kazımovski, H.B. Əliyev, A.Mustafayev küçələrində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak ediblər.

Sakinlərdən  Zeynalova Nəzakət, Aslanova Tərlan, Paşayeva Rəna, Bünyatov Mübariz, Məlikova Südabə,  Rəhimov Əvəz, Cəfərov Ruslan və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətlərin abadlaşdırılması, həyət və girişlərin işıqlandırılması, məişət tullantıları qutularının yerinin dəyişdirilməsi, yaşıllqların suvarılması, damlardakı su çənlərinin yığışdırılması, mənzil növbəsi,  avtomobillərin həyətdə hərəkəti barədə müraciətlər etmiş, təkliflər irəli sürüblər.

Qəbulun gedişində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuş, Heydər Əliyev Fondunun vitse prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət” layihəsi çərçivəsində Nəsimi rayonu ərazisində  görülən işlər xüsusi vurğulanıb.

Görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Prezidentiİlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, bildirib ki, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər əhalinin sosial müdafiəsi istiqamətində görülən işlərin bariz nümunəsidir.

Səyyar qəbul zamanı sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda  aparılan quruculuq, abadlıq işlərinə  görə  Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR