"30 illik müharibə dönəmində erməni xalqı nə qazanıb?"

14-05-2019 [16:33]
"Danışıqlar masasına əyləşib substantiv danışıqlar adlandırdığım prosesi başa çadırmaq üçün ciddi siyasi yanaşma nümayiş etdirmək və qərar vermək lazımdır. Oturmusunuz və özünüz-özünüzü aldadırsınız, erməni xalqını aldatmaq istəyirsiniz. 30 illik müharibə dönəmində erməni xalqı nə qazanıb?"

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə ermənistanlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, bu illər ərzində Azərbaycan öz iqtisadiyyatını inkişaf etdirib, Ermənistandan yan keçməklə dəmir yolu, boru kəmərləri və qaz kəmərləri tikdirib: "Bu gün haqqında danışdığımız bütün strateji layihələr Ermənistandan yan keçib. Bəs Azərbaycanla münaqişə şəraitində olmasından Ermənistan vətəndaşları nə qazanıb?!".

Report


SON XƏBƏRLƏR