14-05-2019 [15:40]
Bir neçə gün öncə orta məktəblərdə dinin tədris olunması məsələsi gündəmə gəldi. Hər hansı rəsmi qərar olmasa da, dinin tədrisi ilə bağlı məsələ cəmiyyətdə fikir ayrılıqları yaratdı. Bir qism dini tədirisin müsbət nəticələr verəcəyini düşünsə də, bir qism buna zərurət olmadığını, hətta mənfi nəticələrə səbəb olacağını iddia etdilər.
Mia.az xəbər verir ki, Reyting.az-a müsahibə verən sabiq deputat, İmam Hüseyn məscidinin axundu, Tövbə Cəmiyyətinin sədri Hacı Əbdül bu və gündəmdəki digər məsələlərə münasibət bildirib:
- Bismillahir-Rəhmanir-Rahim!
Təbii ki, dinin tədris olunması, öyrənilməsi vacibdir. Çox təəccüblüdür ki, bəzi adamlar din adı eşidəndə sanki xortdan görürlər. Din nədir ki, ondan belə qorxursunuz? Din - mənəviyyatdır, əxlaqdır, mədəniyyətdir. Din - insanı sülhpərvər, vətənpərvər olmağa, təmiz əqidəli olmağa dəvət edən bir vasitədir. Amma görünən odur ki, bu qədər müsbət məqamların olmasını istəməyən adamlar var.
Mən çox şad olardım ki, orta məktəblərdə din tədris olunsun, uşaqlar birinci sinifdən dinin nə olduğunu öyrənməyə başlasınlar. Amma şeytan xislətli adamlar dini dərslərdən qorxurlar.
- "Şeytan xislətli adamlar”,- deyəndə kimləri nəzərdə tutursunuz? Bu adamların məramı, məqsədi nədir?
- Əvvəla nəzərinizə çatdırım ki, dinin əleyhinə gedənlər ilk növbədə yəhudilərdir. Yəhudilər, yaxud da yəhudi mafiyası, massonlar bu işin başında durublar. Bir toplumun torpağını, sərvətini əlindən almaq istəyirsənsə, əvvəlcə dinini əlindən al, sonrası daha rahat olacaq.
Sözsüz ki, bu məsələdə erməninin də əli var. Yəhudilər tək deyil, ermənilər də onlara bu işdə şərikdirlər.
- İndi Azərbaycanda erməni nə gəzir?
- Ən çox erməni elə Azərbaycandadır də. O vaxtlar Azərbaycanda erməni yox idi ki... İndi daha artıblar.
- Necə olur ki, düşmən həm ölkəmizdə artıb, həm də söz sahibinə çevrilib?
- Elə qorxulu tərəfi budur da... İlk növbədə adlarını, soyadlarını, sonra da dinlərini dəyişdirirlər ki, guya müsəlmandırlar. Əslində isə müsəlmanların düşmənləridirlər və İslama zərbə vurmağı qarşılarına məqsəd qoyublar. Bir müsəlman kimi danışırlar. Amma danışdıqları, əməlləri müsəlmanlığa ziddir, hətta ona zərbə vurur.
- Sözünüzdən belə başa düşdüm ki, bu adamlar vəzifədə də oturublar, yoxsa...
- Ortalıqda görünənlər yazıqlardır. Əsas adamlar vəzifədə oturublar. Yəqin bunların böyükləri yuxarıda oturub ki, öz istədiklərini diqtə edirlər də...
- Konkretləşdirmək olarmı, kimləri deyirsiniz?
- (Gülür) Siz yaxşı bilərsiniz. Mətbuat adamlarının məlumatı bizdən çox olur. Amma deyəsən, istəyirsən ki, mən deyim.
- Yaxşı, bu ermənidən dönmələrlə necə mübarizə aparmaq lazımdır?
- Bunlara qarşı çox rahat mübarizə yolları var. Əvvəlcə bu adamları aşkar eləmək, sonra da aradan götürmək lazımdır.
- Axı, bu çağırışınız qanundankənardır?
- "Aradan götürmək”,- deyəndə, öldürməyi demirəm ki… Heç həbs eləməyi də nəzərdə tutmuram. Onların səlahiyyətlərini əllərindən alsan, elə ölü kimi olar də. Bu adamların əlində səlahiyyət olduqca, dövlətmizə də, millətimizə də, dinimizə də zərbə vurmaqda davam edəcəklər.
Qaradaşoğlu, ona görə də, bu adamların əl-qolunu bağlamaq lazımdır ki, hər yerə əl atmasınlar. Balığı sudan çıxartdın, vəssəlam. Ona görə deyiblər ki, balıq ya havada, ya tavada.
- Hacı, ötən ilin sonunda Sizin məscid təmir olundu, açılışına Birinci vitse-prezident Mehriban Əliyeva da gəlmişdi. İndi vəziyyət necədir, rahatlıqdırmı, gələn-gedən varmı?
- Şükür Allaha, hər şey yaxşıdır. Şəratimiz normaldır. İlham Əliyevə də, Mehriban Əliyevaya da minnətdarlığımızı bildiririk, onların vasitəsiylə məscidimiz ağ günə çıxdı. Ümidvarıq ki, inşallah, onların vasitəsiylə Azərbaycan da ağ günə çıxar.
- İndi Ramazan ayıdır. Gəlib-gedənlər, xeyriyyə tədbiri təşkil edənlər varmı?
- Ramazan ağır aydır. Bunu da nəzərə alırıq. Təbii ki, ehsan verilir. İmkansızlara əl tuturlar.
- Tanınmışlardan kimlər gəlir?
- Hələlik yuxarı səviyyədə olan adamlardan heç kim gəlmir. Həmişə olduğu kimi, ortabab adamlar ehsan verir, imkansıza dəstək olurlar.
Bir məsələni deyim də, əgər o imkanlı adamlar bilsələr ki, ehsan, fitrə, zəkat vermək nə deməkdir, onda bu məsələdə digərlərinə imkan verməzlər. Heyf ki, onlar bu əməllərin fəzilətini, qiymətini bilmirlər.
- Tövbə Cəmiyyətinin fəaliyyəti nə yerdədir?
- Tövbə Cəmiyyəti öz işindədir. Gələn-gedən var, biz də yolundan çıxanlara, günaha batanlara tövbə elətdiririk. Bu məscidin də, Tövbə Cəmiyyətinin də qapıları hər zaman açıqdır. Allah da tövbə qapısını hər zaşam açıq qoyur ki, insanlar tövbə eləsinlər.
- Son dövrlər tanınmış adamlardan kimsə tövbə eləməyə gəlibmi?
- Üzdə olanların, tanınmış adamların günahı yoxdur. Ona görə də tövbəyə gəlməyə ehtiyac duymurlar. Yetim-yesirin günahı olur, onlar da gəlib tövbə edirlər.
- Bəs deyirsiz, yuxarıda oturanların çoxu haqsızlıq edir, dövlətə, millətə, dinə zərbə vururlar. Onlar günahkar deyillər?
- Onlar onu günah saymır ki. Günah o zaman olur ki, insan onu başa düşür, qəbul edir. Onlar bunu qayda-qanun kimi qəbul edir və hesab edirlər ki, belə də olmalıdır.
- Yəqin ki, sabiq səhiyyə naziri Əli İnsanovun həbsxanadan çıxandan sonrakı mövqeyini bilirsiniz. Keçmiş partiyadaşları deyir ki, o, yolunu azıb. Sizcə, Əli İnsanovun tövbəyə ehtiyacı varmı?
- Əvvəla onu nəzərə çatdırım ki, tövbə hər adama qismət olmur. Gərək haqqı görəsən, günahını başa düşəsən, sonra tövbə edəsən. Bu adamlar hələ haqqı qəbul etməyiblər.
- Bəs, Əli İnsanova məsləhətiniz nədir?
- Mənim Əli İnsanova məsləhətim odur ki, kim olursan ol, Azərbaycan xalqını parçalamağa çalışma. Şimalından, cənubundan asılı olmayaraq, Azərbaycan bir xalqdır. Biz bir xalq olanda daha qüdrətli oluruq. Daxildə bir-birini yeyəndə, cəmiyyəti parçalayanda, kənardan hamı bizi parçalayacaq.
Amma mən Əli İnsanovun gəlib tövbə eləməsini gözləyirəm. Çünki insanı həyat düzəldir. Görünür, o, bu həyatdan dərs almayıb. Sağlıq olsun, başa düşər.
- 13 ildən çox həbxsana həyatı kifayət etməyib?
- Yox. Onunku yatmaq deyil. Əli İnsanov bir il yatsaydı, düzələrdi. Onunku dustaq həyatı olmayıb ki... Əsl dustaq həyatı keçirsəydi, islah olunardı.
- Sizcə, onun cəmiyyəti parçalamaq cəhdinə kimlərsə dəstək verərmi?
- Ona ancaq həmin əqidədə olan bəzi adamlar dəstək verə bilər. Ölkəsini, vətənini, xalqını sevən heç bir adam Əli İnsanova və cəmiyyəti parçalamaq istəyənlərə dəstək verməz.
Bizim Tövbə Cəmiyyəti də birlik tərəfdarıdır. Bizdə millət, təriqət, etnik qrup ixtilafı yoxdur. Hamımız birik, qardaşıq, qurtardı!
- Ümumiyyətlə, Əli İnsanovu nazir olanda, ya ondan əvvəl şəxsən tanıyırdınız?
- Xeyir, tanımamışam.
- Axı, vaxtilə üzdə olan, hakimiyyətə yaxın adam olmusunuz...
- (Gülür) Mən nə vaxt hakimiyyətə yaxın olmuşam? Mənim günlərim ya türmədə keçib, ya da xəstəxanada. Mən nə yatdım ki, nə yuxu görəm? Yəni, Əli İnsanovun tanımamışam, məlumatım da olmayıb.
- Hacı, o fikirlər də səslənir ki, ölkədə növbədənkənar parlament seçkiləri keçirilə bilər. Hətta növbədənkənar olmasa belə, gələn il növbəti parlament seçkiləri keçiriləcək. Yenidən Milli Məclisdə təmsil olunmaq niyyətiniz varmı?
- Hələlik yox. Zaman gəlsin, baxarıq. Amma belə baxanda, fikrim yoxdur. Çünki mən deputat oldum, ziyandan başqa bir şey görmədim.
- Bəlkə bu dəfə xeyirini gördünüz?
- Nə bilim, bəlkə də. Amma yenə də deyirəm, bəribaşdan nəsə demək düzgün deyil. Zamanı gələr, baxarıq.
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar