I qrup şəhid övladı Prezidentdən kömək istəyir

img

14-05-2019 [14:06]


Suraxanı rayonu Qaracuxur qəsəsəbəsi Y.Eyvazov 40.48/49, ev10, mənzil 19-da məcburi köçkün kimi məskunlaşan Quliyev Səfər İlqar oğlu Mia.az-a məktub göndərib.
 
O yazır ki, 1990-cı ildə  Fizuli  rayonunun  Horadiz kəndində anadan olub:
 
"1993-cü ildə məlum səbəblərə görə ev-eşiyimizdən didərgin düşmüşük. 
 
Atam Quliyev  İlqar Muradxan oğlu könülü olaraq 848 nömrəli  hərbi  hissənin top  komandiri  kimi,  torpaqlarımızın  azadlığı  uğrunda çox qəhramanlıq göstərmiş, dəfələrlə düşmənin texnikalarını, silah -sursat anbarlarını məhv  etmişdi. 
 
1993- cü   il   iyul  ayının  3- də vətənin müstəqilliyi uğrunda qəhramancasına  şəhid   olmuşdur. 
 
Həmin vaxtlarda mənim  3 yaşım var idi, çox çətininliklər gördük. 
 
Mənim hal-hazırda maddi çətinlikərim var, 1-ci qrup əliləm, ayaqlarımda müəyyən qüsurlar var, mualicəyə ehtiyacım var.
 
Anam da xəstədi, onun aldığı  əlillik pensiyası  ailəmizə yetmir.  Evliyəm, bir oğlum var".
 
Şəhid övladı yazır ki, məskunlaşdıqları  ünvan çox könə və təmirsizdir: "Üstəlik, evin sahibəsi bizi evdən çıxarmaq istəyir".
 
Sonda o, Prezidentdən və birinci xanımdan xahiş edir ki, ailələrinin çətinliklərinin həli üçün onlara  köməklik göstərilsin".

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR