KTN-də yeni təyinat olub

img

14-05-2019 [10:29]


"PSG Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavinləri Cəfər İbrahimli və Nəriman Yaqubov vəzifələrini tərk ediblər.

"Report” xəbər verir ki, C.İbrahimli əmək fəaliyyətini Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktor müavini, Nəriman Yaqubov isə "BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin Portfel idarəçiliyi departamentinin direktoru kimi davam etdirir.

"PSG Kapital”a isə yeni direktor müavini təyin olunub. 

Bu, indiyə qədər "Gilan Holdinq” MMC-nin törəmə strukturu - "United Enterprices Azerbaijan” MMC-nin büdcə şöbəsinin müdiri olan Fəxri Səttarovdur. 

Digər xəbərlər
SON XƏBƏRLƏR