İcra başçısının sürücü qəzada öldü

14-05-2019 [09:45]

Goranboyda ağır yol qəzası baş verib.

Hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ 2115" markalı minik maşını ilə "Howo" markalı yük maşını toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü 1969-cu il təvəllüdlü Aşağı Ağcakənd kənd sakini Əliyev Rauf İsmayıl oğlu ağır xəsarətlər alıb. O, ətrafdakıların köməyi ilə xəstəxanaya aparılarkən yolda keçinib.

Dünyasını dəyişən şəxs Xocalı rayon İcra Hakimiyyəti başçısının sürücüsü olub.

Faktla bağlı araşdırma aparılır/Ona.



SON XƏBƏRLƏR