14-05-2019 [00:15]
Qoç - təslim olmaq fikrində deyilsiniz, bir cəngavər kimi mənfi tendensiyalarla savaşırsınız. İnadınız təqdirəlayiqdir. Amma bir düşünün, qüvvənizi nəyə sərf edirsiniz? Bu, o qədər vacibdir? Hələ ki, gec deyil, özünüzə gəlin.
Əvalınız da sevindirmir. Yaxşı olar ki, ağır işdən çəkinəsiniz. Kompüter qarşısında çox oturmayın, alkoqol və yağlı yeməkdən uzaq durun. Amma eyni zamanda bütün diqqəti sağlamlığa yönəltmək olmaz. Məsələn, bu gün arıqlamaq üçün ac qalmaq heç məsləhət deyil.
Buğa - siz bu gün göylərin himayəsindəsiniz. Rəqiblərinizi qabaqlamaq sizə çətin olmayacaq: onların öz problemləri və daxili münaqişələrinə başları qarışmaqdaykən siz öz məqsədinizə doğru inam və asanlıqla addımlayırsınız. Günün maliyyə vəziyyəti ürəkaçandır.
Çox uzaqlardan xoş xəbərlər ala bilərsiniz. Bir çox Buğalar həyatlarını kökündən dəyişməyin vaxtı gəlib çatdığını anlayacaqlar. Sevdiyiniz şəxsdən gözəl təklif ala bilərsiniz. Günün ortası tanışlıqlar üçün münasibdir, bunların istənilən biri romantik axarda davam edə bilər.
Əkizlər - şübhələr, həyəcanlar başınızı qatıb. Arzularınız və istəkləriniz təzadlıdır. Odur ki, bir saatın ərzində bir neçə fikir dəyişir, çabalayırsınız. Bununla paralel olaraq əhvalınız da yo-yo kimi "atılıb-düşür". Sizi anlamaq çətindir. Yalnız sizi həqiqətən sevənlər kaprizlərinizə sakit yanaşır, əsəblərini cilovlayırlar.
Qərarsızlığınıza hakim olun, hövsələnizi basın, bir yerdə oturun. Yarımçıq işləri atmaq məsləhət deyil. Əgər hansısa layihəni bitirəcəyinizə əmin deyilsinizsə, ona heç əl vurmayıb başqa zamana saxlayın.
Xərçəng - çox mürəkkəb gün olsa da, ondan faydalanmaq mümkündür. Əsas odur ki, əvvəlcədən uğursuz görünən layihələrə baş qoşmayasınız. Çalışın, heç olmazsa, nəzəri cəhətdən dəyərli nəticələr verə biləcək işlərə köklənəsiniz. Günün ikinci yarısı Xərçənglərin əksəriyyəti onları çox sevindirəcək bir xəbər alacaq.
Bu ərəfədə, həmçinin ciddi maneələri aşmalı olacaqsınız. Sizdən yalnız inad tələb olunur. İlk uğursuzluqdan sonra qol-qanadınız həmən yanınıza düşməsin, yaxşı olar ki, kimisə köməyə çağırasınız.
Şir - bu gün heç kimlə ünsiyyətiniz alınmır, xüsusilə də işgüzar danışıqlarda. Sonuncuları təxirə salın: əvəzsiz tərəfdaş kimi qəbul etdiyiniz şəxslərlə də savaşa bilərsiniz. Rəhbərliklə fikir ayrılığı meydana gələcək. Bəzi Şirlər hətta onları daha çox qiymətləndirəcək başqa iş yeri də axtarmaq istəyəcəklər.
Yaxın adamlarınızla isə daha yaxşı dil tapırsınız. Sizi, doğrudan da, sevənlər sizə məhz nəyin lazım olduğunu həmən anlayırlar. Dəyərli hədiyyələr, xoş sürprizlər, qəfil dəvətlər - günün ikinci yarısının sizə töhfəsi bunlardır. Axşama doğru səhhətiniz korlana bilər.
Qız - planlaşdırdığınızdan daha az iş görüb çatdıra bilirsiniz. Çünki bir çox məslələlər qəfil meydana çıxır və onları tez həll etmək lazım gəlir. Həmfikir və köməkçiləriniz çoxdur. Çifayda, heç biri təşəbbüs göstərmir və yalnız sizin əmr və göstərişlərinizi gözləyirlər.
Günün ikinci yarısı ciddi pul xərcləri gözlənilir. Kədərlənməyin, bunun əvəzində daha dəyərli və faydalı bir şey əldə edəcəksiniz. Emosional fon pis deyil, heç xoşunuza gəlməyən adamlarla da yola gedirsiniz. Axşam vaxtı ünsiyyətlərinizdə diqqətli olun, yalnız yaxınlarınızla söhbətlə kifayətlənin.
Tərəzi - işlər pis getmir. Ambisiyalı, məqsədyönlü adamlar üçün yaxşı gün sayılmaz. Çünki iş həyatında uğur qazanmaq elə də asan deyil. Əvəzində yaradıcı ideyaların, eyni zamanda çox cürətli planların həyata keçirilməsi üçün münasib vaxtdır. Bu gün daha çox sizə nəsə yeni bir şey öyrədə biləcək insanlarla ünsiyyət qurun. Yaxınlarınız sizi başa düşməkdə çətinlik çəkirlər, münasibətlərdə gərginlik artır. Ancaq qəmlənməyə dəyməz, açıq söhbət hər şeyi yoluna qoyar. Kimdəsə özünüzə qarşı yaxşı təəssürat yaratmaq istəyirsinizsə, onunla axşama görüş təyin edin.
Əqrəb - ehtiyatlı olun, tempinizi azaldın, lap parovozun önündə qaçanlara oxşayırsınız. Təbii ki, bu hal çox təhlükəlidir. Bəzi planlaşdırılmış işləri yarımçıq qoymaq lazım gələcək. Çünki əməkdaşlıq etməyə hazırlaşdığınız şəxslər çatdırmır və gecikirlər. Yaranan boş vaxtı isə özünüzün şəxsi planlarınızın hazırlanması üçün istifadə edin.
Günün ortasında əhvalınız qəfil dəyişə bilər, qalan vaxtlarda isə stabil olacaq. Flirt üçün pis gün deyil. Amma əsl eşq macərasına ümid etməyin.
Oxatan - dostları, tərəfdaşları və müttəfiqləri seçərkən ehtiyatlı və diqqətli olun. Bu gün insanların çatışmayan cəhətləri asanlıqla gözünüzdən yayınır. Hətta aşkar olanı görmürsünüz. Bəzi Oxatanlar həyata keçirilməsi mümkün olmayan işləri üzərlərinə götürəcəklər.
Bu gün sadəlövhlüyünüz başınıza bəla aça bilər: etibarınızdan yararlanan düşməniniz sizi çətin bir oyuna salar. Sevdiyiniz şəxsin məsləhətlərinə diqqətlə qulaq asın, məhz o sizi qorumağa çalışır.
Oğlaq - neytral gündür. Yalnız gücünüz çatan işlərdən yapışın və yalnız özünüzə güvənin. Sizə kömək etməyə söz verən adamlar hansısa səbəblərdən (istəməyərək və ya qəsdən) vədlərinə xilaf çıxacaqlar. Maliyyə itkiləri gözlənilir.
Enerjiniz çoxdur. Yorğunluğun nə olduğunu bilməyəcəksiniz. Aktiv istirahət, gəzintilər, idman bu gün sizə gərəkli və faydalıdır. Əyləncəli məkanlara da gedə bilərsiniz, daha çox ayaq üstə olacağınız məkanı seçin.
Dolça - xüsusi bir planı olmayanlar üçün gün çox uğurludur. Amma əgər möhtəşəm ideyalarınız varsa, onları bir kənara qoyun. İş görüşləri sizin təxmin etdiyiniz kimi keçəcək, başgicəlləndirici təkliflər heç gözləməyin, amma qarşılıqlı sərfəli sövdələşmələr mümkündür.
Dostlarınız və ailə üzvlərinizlə ünsiyyət, əyləncəli tədbirlərdə iştirak əhvalınızı yüksəldəcək. Həm özünüzün, həm də başqalarının qayğısına qalırsınız. Köhnə tanışlarınız sizi hədiyyə ilə sevindirəcəklər.
Balıqlar - bu yaxınlarda buraxdığınız səhvlərin düzəldilməsi üçün münasib gündür. Canfəşanlıq etmək lazım deyil. Üstəlik, bəzi işlərinizdə köməkçiləriniz və müttəfiqləriniz sizə yardımçı olacaqlar. Gələcək planların müzakirəsini aparın: bu gün əldə etdiyiniz razılaşmalar sizi bir çox qayğıdan qurtaracaq.
Səfərlərə çıxa bilərsiniz. Amma bilet alınması, sənədlərin hazırlanması və s. kimi işləri yaxşı olar ki, başqalarına tapşırasınız (Milli.az).
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO