Bakıda sərxoş sürücü zəncirvari qəza törədib - VİDEO

13-05-2019 [23:47]
Axşam saat 21:20 radələrində Bakının Suraxanı rayonu ərazisində zəncirvari yol qəzası baş verib.

"Report" xəbər verir ki, Yeni Ramana qəsəbəsi ilə Şuşa şəhərciyi istiqamətində hərəkətdə olan "20-DE-409" dövlət qeydiyyat nişanlı avtomobilin idarəetmədən çıxması nəticəsində 5 maşın toqquşub.

Nəticədə bir nəfər xəsarət alıb, həmçinin avtomobillər yararsız hala düşüb. Hadisəni törədən sürücünün sərxoş olduğu bildirilir.

Əraziyə DYP və PPX əməkdaşları cəlb olunub.





SON XƏBƏRLƏR