"Səbail" daha iki futbolçusu ilə sözləşməni yeniləyib

img

13-05-2019 [21:43]


"Səbail" klubu daha iki futbolçusu ilə müqavilənin müddətini uzadıb.

"Report" klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, bunlar Azərbaycan millisinin müdafiəçisi Şəhriyar Rəhimov və yarımmüdafiəçi Vüqar Beybalayevdir.

Paytaxt klubu Rəhimovla ikiillik, Beybalayevlə isə bir illik sözləşmə imzalayıb.

Qeyd edək ki, "Səbail" daha öncə kapitanı Rahid Əmirquliyev, qapıçısı Aleksandr Rıbka və hücumçusu Ağabala Ramazanovla da müqavilənin müddətini yeniləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR