Tramp Pekini hədələdi: "Sizdən 10 milyard alacağıq"

13-05-2019 [14:05]
"Çin ümid edir ki, Co Bayden və ya demokratlardan başqa bir kəs 2020-ci ilin prezident seçkilərində qələbə qazanacaq. Onlar Amerikanı aldatmağı xoşlayırlar".

Mia.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu cümlələri bugünkü Tvitter yazısında qeydə alıb.

Tramp bunu Çinə qarşı tariflərin qüvvəyə minməsi ilə əlaqələndirib: "Biz istəyirik ki, Çinin qarşısı alınsın. Xatırladım ki, onlar müqaviləni pozub və yenidən danışıqlar aparmağa çalışıblar. Çindən on milyard dollar pul alacağıq...”.


SON XƏBƏRLƏR