Şriftin ölçüsü / 798 dəfə oxunub

Deputatın oğlu lyuka düşdü - Diz qapağı 3 yerdən qırıldı

13 May 2019 [11:53]
Milli Məclisin üzvü Dilarə Cəbrayılovanın oğlu Türkiyədə qəzaya düşüb.

Mia.az ONA-ya istinadən xəbər verir ki, deputatın oğlu Fərid Cəbrayılov mayın 10-da velomoped sürərkən lyuka düşüb. 

Hadisə nəticəsində onun diz qapağı 3 yerdən çatlayıb.

Fərid Cəbrayılov artıq Bakıya gətirilib, xəstəxanalardan birində müalicə olunur.

Qeyd edək ki, D.Cəbrayılova 27 saylı Sabunçu II Seçki Dairəsindən Milli Məclisə deputat seçilib, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvüdür.


SON XƏBƏRLƏR
17:55 21.05.2019
Ağdaşda oğru tutulub