Cəlilabad rayonunda muzey direktorunun iş yerində meyiti tapılıb

13-05-2019 [10:49]
Cəlilabad rayonunda muzey direktorunun iş yerində meyiti tapılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, 1955-ci il təvəllüdlü Ağayar Nəsirovun iş yerindəki otağından meyiti aşkar edilib. 

Məlumata görə, mərhum dünən günorta saatlarında vəfat edib. Onun meyiti isə dünən gecə saatlarında aşkar edilib. İlkin məlumata görə, muzey direktoru ürəktutmasından vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR