Neftçalada motosiklet traktora çırpılıb, sürücü ölüb

12-05-2019 [14:36]
Bu gün günorta radələrində Neftçala rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, rayonun 1995- ci il təvəllüdlü Yuxarı Qaramanlı kənd sakini Soltanov Soltan Məhəmməd oğlu İkinci Qaralı kəndi ərazisində idarə etdiyi motosikletlə traktora çırpılıb.

Hadisəni törədən şəxs qəza yerində dünyasını dəyişib. Traktorun 1988-ci il təvəllüdlü sürücüsü Paşayev Əlisafa Ələkbər oğlu xəsarətsiz ötüşüb.


SON XƏBƏRLƏR