12-05-2019 [10:02]
"Bizi buralara komandadakı ab-hava, səmimiyyət, birlik və bərabərlik gətirdi. Bütün azarkeşləri təbrik edirəm. Bugünkü oyun da gərgin mübarizə şəraitində keçdi".
Bu fikirləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Premyer Liqanın sonuncu - XXVIII turunda səfərdə "Neftçi"ni 3:2 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb..
- Ardıcıl 6-cı dəfə çempion oldunuz. Bu artıq sizin üçün adiləşib?
- Xeyr, belə şeyə alışmaq, öyrəşmək olmur. Hər dəfə yeni kimi olur. Ölkəmizin tarixində heç bir klub 6 dəfə ardıcıl çempion olmayıb. Ona görə də çox sevincliyik.
-Bu mövsüm əvvəlkilərdən nə ilə fərqlənir?
- "Neftçi” çox yaxşı çıxış etdi. Xeyli geridə qalmışdıq, ona görə də bizim üçün ən həyəcanlı mövsüm bu idi.
-Mövsümün gedişində 5 xal geri düşəndə çempionluqla bağlı bir inamsızlıq var idi?
- Xeyr, inamsızlıq yox idi, amma bir narahatlıq var idi, bunu demək lazımdır. Həmin dövrdə komandadaxili iclas keçirdik, hamı bu sualı verirdi ki, mən bu komanda üçün nə edə bilərəm? Hərə öz üzərinə düşəni etdi və çempion olduq.
-Qarşıdakı mövsüm üçün büdcədə dəyişiklik olacaqmı?
- Xeyr, hansısa dəyişiklik gözlənilmir. Çünki qarşımızdakı klublar o qədər nəhəng klublardır ki, bizim onlara çatmaq üçün heç bir imkanımız yoxdur. Ona görə də nə etməliyik? Əhval-ruhiyyəmizi və xalqımızın dəstəyini arxamıza alıb keçmiş dönəmlərdəki o gözəl, uğurlu çıxışları təkrarlamalıyıq. Bizim hədəfimiz Avropada çempion olmaq yox, Qarabağın adını layiqincə tanıtmaqdır.
-Qarşıdakı mövsüm ÇL qrupuna düşmək haqqında düşünürsünüz?
- Düzdür, qaydalar dəyişib və daha çətin olub. Amma əlimizdən gələn qədər çalışacağıq. Mən özümdən də, klubumdan da bunu tələb edirəm. Niyə də olmasın?
-"Qarabağ” azərbaycanlılar üçün bir klubdan daha üstündür. Dövlət tərəfindən sizə hansısa bir dəstək olurmu?
- Xeyr, klubların hər birinin ayrıca sponsoru var və düşünürəm ki, ciddi dəstəyə ehtiyacımız yoxdur. Təlim-məşq toplanışı planlaşdırılıb, öz ayağımız üzərində durmağı bacarırıq.
-Rəqib komandanın bilet qiymətlərini artırması ilə bağlı nə deyə bilərsiniz?
- Bu artımı başa düşə bilmədim. Mən "Neftçi”nin məsləhətçisi olsaydım, deyərdim ki, 50 manata az adam gələcək, amma 20 manat olsa, ümumi gəlir bundan qat-qat çox olacaq. Mən istərdim ki, bu gün stadion dolu olsun, amma olmadı. Canınız sağ olsun. Rəqibin də öz hüququ var, biz də hörmətlə yanaşırıq.
Report
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb