Türkiyə daha bir şəhid verdi

img

11-05-2019 [23:06]


Türkiyənin Tunceli şəhər Jandarma Qüvvələri bu gün PKK terrorçuları ilə çıxan atışmada şəhid verib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, jandarma qüvvələrinin "Təslim ol" tələbinə atəşlə cavab verilməsindən sonra Pülümür rayonunda bir neçə saat davam edən atışma çıxıb.

Nəticədə bir terrorçu məhv edilib. Jandarma qüvvələrindən isə bir əsgər şəhid olub.

Rəsmi məlumata görə, bölgədə mövcud olan terrorçulara qarşı geniş əməliyyat davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR