11-05-2019 [18:15]
Yeni partiya qurmaq istiqamətində planlı fəaliyyət göstərən Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğlu "TRT 1"-də yayımlanan "Paytaxt Abdulhəmid"in ötən serialında ona və sabiq prezident Abdullah Gülə mesaj verilməsi barədə iddialara cavab verib.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, serialda ona və sabiq prezident Abdullah Gülə yönələn mesajdan təsirlənmədiyini deyib:
"Məni, əslində, çox narahat etmədi. Amma dünən və bu gün bir şox həmyerlimdən, dostumdan aldığım mesajlar gərəyi ilə bir məsələyə aydınlıq gətirmək istəyirəm.
Bu günlərdə həmin serialla bağlı bir epizod daha çox müzakirə edilir. Həmin epizodda üstüörtülü keçmişdə xain çevrələrin etdiyi əməllərə mesaj verildiyi iddia olunur. Sultan Abdulhəmidin dilindən sabiq millət vəkillərinə, sabiq dövlət vəzifəlilərinə yönəlik mümkün olmayacaq sözlərlə günlük siyasətə bir ismarıc göndərilir.
Mən belə şeyləri heç bir zaman ciddiyə almadım. Bu şəkildə mesajların da dövlət və cəmiyyət əxlaqı baxımından doğru olmadığına inanıram. Ancaq mənə o qədər çox mesaj gəldi ki...
Kədərini ifadə edən, hətta bir dostumzun telefonda "Necə olur sizlərə belə mesaj verilir?", - deyə ağladığına şahid oldum.
Odur ki, deyirəm: əgər Sultan Abdülhəmidin mirasına sahib çıxacaq birisi varsa, ən çox biz sahib çıxarıq. Gün gələr, kimin mirasa daha çox sahib çıxdığı da, xəyanət etdiyi də açıq görünər".
Xatırladaq ki, serialda Sultan Abdulhəmdin dili ilə "Gül ağacına su verərik, lakin su həm gülə yarar, həm də tikana. Yanımızda-yörəmizdə su verdiklərimiz tikan olmaya meylənmişsə, sonunda mütləq budayarıq", - ifadələri səslənib.
Türkiyə siyasiləri isə bu ifadəni məhz AKP-nin qurucularından olan, lakin son illər bu partiyadan kənarlaşmış sabiq prezident Abdullah Güllə baş nazir Davudoğluna göndərilmiş bir mesaj olaraq yozurlar.
Mia.az
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Prezident İlham Əliyev Almaniya Kansleri ilə görüşüb: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır" - VİDEO, FOTOLAR (Yenilənib)
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ - FOTOLAR (Yenilənib)
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Zəlimxan Məmmədlinin Gürcüstana giriş qadağası ləğv olundu: "İlham Əliyevə yurd həsrətimə son qoyduğu üçün..."
Azərbaycan nefti ucuzlaşıb
"Qəssam tuqayları": "İsrailin nəzarət postunu vurduq" - Bölgənin böyük hissəsində internet və rabitə yenə kəsilib
Türkiyə super liqası: ilk 5-lik və 1-ci liqaya yuvarlanacaq komandalar.. - Proqnoz verildi
"Qalatasaray"ın qapçısı yığma komanda ilə vidalaşdı
Füzuliyə daha 39 ailədən ibarət 140 nəfər köçürülüb
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib