Trampın vəkili Ukraynaya səfəri təxirə salıb

img

11-05-2019 [15:23]


ABŞ prezidenti Donald Trampın vəkili Rudolf Culiani Ukraynaya səfərini təxirə salıb. 

O, bunu "Fox News"a müsahibədə bildirib.

"Ukraynada prezidentin (Trampın - red.), bəzi hallarda isə ABŞ-ın düşmənləri olan bir qrup şəxslə üz-üzə gələcəyimdən ora getməyəcəyəm", - R.Culiani deyib.

Vəkil Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin D.Trampın düşmənləri olan, açıq şəkildə korrupsiyaya bulaşmış və demokratlarla əlbir olan insanlarla əhatə olunduğunu qeyd edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR