Bakıda iki evdən oğurluq edən şəxs yaxalandı

11-05-2019 [14:30]
Bakıda 2 evdən pul və zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində N.Mustafazadə saxlanılıb.

Onun rayon ərazisində 2 evdən ümumilikdə 1715 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması müəyyən edilib.

Həmçinin N.Mustafazadə quldurluq da edib.


SON XƏBƏRLƏR