Rasim Balayev Prezidentlə görüşündən danışdı: "Elə bir vəziyyət yox idi ki..."

img

11-05-2019 [12:05]


Xəbər verdiyimiz kimi, Xalq artisti Rasim Balayev Prezident İlham Əliyev və birinci-vitse prezident Mehriban Əliyeva ilə görüşüb. 

Görüş Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə baş tutub. 

Mia.az xəbər verir ki, görüşlə bağlı Xalq artisti "Yeni Sabah”a açıqlama verib. 

O, prezidentlə görüş təəssüratlarının kifayət qədər yaxşı olduğunu deyib:

"Çox mehriban şəraitdə görüşdük. Lakin iş-güc barədə hər hansı söhbət olmadı. Sadəcə bayramlaşdıq. Məclisin sonunda prezident İlham Əliyevlə, birinci vitse-prezident Mehriban Əliyeva bizim stola yaxınlaşdılar. Oturanların hamısı sənət adamları idi. Ölkə başçısı təkcə mənimlə deyil, hamımızla görüşdü, söhbət etdi. Orda elə bir vəziyyət yox idi ki, işgüzar məsələlərdən və ya sənətdən, kinodan danışaq. Yəni qısa bir görüş oldu”.

Qeyd edək ki, R.Balayev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə dəvət edilmədiyi üçün mətbuata açıqlama vermişdi və siyahını hazırlayanların onu nəzərə almadıqlarını vurğulamışdı. Xalq artistinin bu açıqlamasından sonra ölkə prezidenti Rasim Balayevlə telefonla danışıb və bildirib ki, bu, siyahını hazırlayanların günahıdır, onun Rasim Balayevə olan münasibəti deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR