Bakı-Ələt-Qazax-Gürcüstan yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

img

10-05-2019 [17:59]


Aparılan təmir işləri ilə əlaqədar olaraq Bakı - Ələt - Qazax - Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 115-120-ci km-lik hissəsində (Hacıqabul rayonu) avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Mia.az xəbər verir ki, bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılması mayın 13-dən avtomagistralın Bakı şəhəri istiqaməti üzrə olan hissəsində tətbiq ediləcək. Təmir işləri müddətində hərəkət magistral yolun sözügedən hissənin əks istiqaməti üzrə ikitərəfli olaraq təmin olunacaq: "Avtomagistralın sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR