Bəraət alan həkimin işi yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilib

img

10-05-2019 [17:43]


Ali Məhkəmədə Sumqayıt şəhərində 3 yaşlı uşağın ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı qərar tamamilə ləğv ediib. Ali Məhkəmə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarıb.

İttihama görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Daha sonra "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə İ.Qəmbərova bəraət verilib. Hökmdən narazı qalan prokuror apellyasiya protesti, zərərçəkmiş isə apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin olunmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR