Xələfovdan mübahisəli ərazi ilə bağlı açıqlama: “Gürcüstan tərəfilə gələn həftə görüşəcəyik"

img

10-05-2019 [16:55]


"Gürcüstan tərəfilə görüşümüz gələn həftə keçiriləcək”.

Bunu jurnalistlərə Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.

"Sərhəd məsələsi dövlət səviyyəsindəki mühüm məsələdir. Gürcüstan tərəfilə bu məsələ ilə 1996-cı ildən məşğuluq. Hərtərəfli danışıqlar gedir, artıq sərhədin 2/3 hissəsi müəyyənləşdirilib. Gələn həftə Gürcüstandakı komissiyanın yeni təyin olunan rəhbərilə görüşümüz nəzərdə tutulur. Həmin görüşdə növbəti iclasın tarixi və yeri təyin olunacaq”, - deyən nazir müavini Azərbaycanla Gürcüstan arasındakı sərhədin delimitasiyası barədə son vaxtlar səsləndirilən ziddiyətli bəyanatların hər iki ölkənin və xalqın mənafeyinə uyğun gəlmədiyini vurğulayıb/Report

Digər xəbərlər
SON XƏBƏRLƏR