Gəncədə toyuq oğrusu tutulub

10-05-2019 [15:35]
Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən ötən il iyunun 14-də rayon ərazisindəki həyətyanı sahələrin birindən 9 ev quşu oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyev saxlanılıb.

Mia.az DİN-ə istinadən xəbər verir ki, onun rayon ərazisindəki 6 evdən məişət əşyaları və inşaat materialları oğurlaması da müəyyən edilib.


SON XƏBƏRLƏR