"Bələdiyyələr qəbir yerlərini pulsuz ayıracaq"

img

10-05-2019 [13:36]


"Qəbiristanlıqlar bələdiyyələrin balansına keçdikdən sonra qəbir yerləri pulsuz olaraq ayrılacaq".

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

O xatırladıb ki, Dövlət Komitəsi və İqtisadiyyat Nazirliyi tərəfindən qəbiristanlıqlar və onların salınması ilə bağlı məsələlərin tənzimlənməsi üçün hazırlanan sənəd Nazirlər Kabineti tərəfindən təsdiqlənib:

"Burada qəbiristanlıqların bələdiyyələrin səlahiyyətinə keçməsi ilə bağlı müddət öz əksini tapıb. Həmin sənəddə qəbir yerləri üçün torpağın pulsuz ayrılması da göstərilib. Eyni zamanda qəbirlərarası məsafə, qəbir daşlarının ölçüsü konkret olaraq qeyd olunub".

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR