Bakıda kütləvi dava: kriminal aləmin "Emil 444"ü öldürüldü - VİDEOLAR

10-05-2019 [11:14]
Daxili İşlər Nazirliyi mayın 9-da saat 23 radələrində Binəqədi rayonunun 6-cı mikrorayon ərazisində İ.Həşimov küçəsində baş verən qətllə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Şərur rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 54-cü (intizam xarakterli hərbi hissədə saxlama), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 66-cı (cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi) maddələrinə görə məhkum olunmuş H.Tağıyev münaqişə zəminində Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrinə görə məhkum olunmuş E.Səfərova bıçaqla xəsarət yetirməsi və E.Səfərovun hadisə yerində ölməsi barədə 7-ci Polis Bölməsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtrış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən H.Tağıyev tutulub.
 
***

Bakının Binəqədi rayonunda kütləvi dava olub.

Mia.az "Report"a istinadən xəbər verir ki, İsrafil Həşimov küçəsində baş vermiş dava zamanı kriminal aləmdə "Emil 444" ləqəbi ilə tanınan Səfərov Emil Ehtiram oğlu qətlə yetirilib.

Həmçinin 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu bıçaq xəsarətləri ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qətl törədən Həsən Tağıyev saxlanılıb.

İyirmi üç yaşlı H.Tağıyev Şərur rayon sakinidir. O, əvvəllər həbsdə olub.




SON XƏBƏRLƏR