09-05-2019 [13:15]
Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda narkotik vasitələrin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Mia.az DGK-nə istinadən bildirir ki, Astara sərhəd nəzarət məntəqəsinə daxil olmuş məlumata əsasən Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları ilə keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı Siyab Bəxtiyar oğlu Qəhrəmanov mayın 8-də piyada yolla İran İslam Respublikasından Azərbaycana gələrkən, Astara gömrük postunda pasport qeydiyyat köşkünün yanında sərhəd naryadı tərəfindən saxlanılıb və onunla şifahi sorğu–sual aparılıb.
Bu zaman vətəndaş sərhəd naryadına müqavimət göstərərək cibindən çıxartdığı küt alətlə sağ və sol qollarına, həmçinin boyun nahiyəsinə xəsarət yetirməyə başlayıb.
S.B.Qəhrəmanov sərhəd naryadı tərəfindən zərərsizləşdirilib və yaralarının müayinəsi üçün Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Müayinədən sonra həmin şəxs Astara gömrük postuna gətirilərək üzərində şəxsi yoxlama aparılıb, həmçinin ona məxsus əl yüklərinə gömrük yoxlaması tədbiq edilib.
Şəxsi yoxlama zamanı Siyab Bəxtiyar oğlu Qəhrəmanovun üzərində, əyninə geyindiyi qara rəngli şalvarın zəncirbəndinin içəri hissəsində 1 ədəd bükümdə 16 qram metamfetamin, alt paltarının belliyində 1 ədəd bükümdə 2 qram, həmçinin ayağına geyindiyi qara rəngli ayaqqabının sağ və sol taylarının üst hissəsində 9 ədəd bükümdə 12 qram tiryək aşkar edilib.
Astara gömrük postunda digər bir fakt üzrə isə İran İslam Respublikası vətəndaşından 168 qram psixotrop maddə-metamfetamin aşkarlanıb.
Belə ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat idarəsinə daxil olan əməliyyat məlumatına əsasən İİR vətəndaşı Rasooli Vizneh Shahnaz Yousefali qızı mayın 8-də piyada yolla İran İslam Respublikasından Azərbaycana gələrkən Astara gömrük postunda şifahi sorğu-sual edilərək üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun üzərindən qanunla qadağan olunmuş hər hansı predmet aşkar olunmasa da daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb.
Astara Rayon Mərkəzi Xəstəxanasında xanım vətəndaşın tibbi müayinəsi zamanı onun daxili bədən boşluqlarından 4 ədəd bağlama aşkar edilib. Ümumilikdə 4 bağlamada qablaşdırmaları ilə birlikdə çəkisi 168 qram olan psixotrop maddə-metamfetamin olduğu müəyyən edilib.
Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.
Hər iki faktla bağlı araşdırma aparılır.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"