Şəmkirdə dəhşətli qəza: 4 nəfər öldü, 15 nəfər yaralandı - SİYAHI

img

08-05-2019 [22:03]


Xəbər verdiyimiz kimi, Şəmkir rayon Qaracəmilli kəndində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı fəhlələri daşıyan "Mercedes-Sprinter" markalı mikroavtobus aşıb. 

Mia.az "Report"a istinadən xəbər verir ki, mikroavtobus idarəetmədən çıxaraq "VAZ-2107" markalı avtomobillə toqquşub. Zərbənin gücündən mikroavtobus aşaraq deformasiyaya uğrayıb.

Qəza nəticəsində "VAZ-2107" markalı avtomobilin sürücüsü, Şəmkir rayon Qaracəmilli kənd sakini, 1966-cı il təvəllüdlü Vidadi Zirəddin oğlu Gülməmmədov, onun anası, 1945-ci il təvəllüdlü Sücayət Seydəli qızı Gülməmmədova və onların nəvəsi, 2016-cı il təvəllüdlü Ayxan Qüdrət oğlu Gülməmmədov hadisə yerində ölüblər.

Hadisə zamanı 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb: 

1. Samux rayon Seyidlər kənd sakini, 1957-ci il təvəllüdlü Gülsənəm islam qızı Qənbərova

2. Şəmkir rayon sakini, 2015-ci il təvəllüdlü Gülbahar Qüdrət qızı Gülməmmədova

3. Şəmkir rayon sakini Səyidə Kamandar qızı Nəsibova

4. Şəmkir rayon sakini, 1964-cü il təvəllüdlü Zinyət Qüdrət Qızı Gülməmmədova

5. Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Qüdrət Vidadi oğlu Gülməmmədov

6. Şəmkir rayon sakini Nərgiz Həmzəyeva

7. Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Dürdanə Süleymanova

8. Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Rühiyə Raqif qızı Yahyayeva

9. Şəmkir rayon sakini, 1967-ci il təvəllüdlü İradə Abdulla qızı Məmmədova

10. Şəmkir rayon sakini, 1968-ci il təvəllüdlü Rübabə Mamayeva

11. Şəmkir rayon sakini, Gülsənəm İslam qızı Qənbərova.

12. Şəmkir rayon sakini, 1997-ci il təvəllüdlü Mehriban Azər qızı Gülməmmədova. 

13. Şəmkir rayon sakini, 1982-ci il təvəllüdlü Səadət Nəsibova.

14. Şəmkir rayon sakini, 1986-cı il təvəllüdlü Günel Səyad qızı Bayramova.

15. Şəmkir rayon sakini Fuad Həşimov. 

Yaralılardan 14-ü Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya və Reanimasiya şöbələrinə yerləşdirilib. Bir nəfər - Zinyət Gülməmmədova isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR