Şriftin ölçüsü / 434 dəfə oxunub

Sahil Babayev işdən çıxardı, Səfər Mehdiyev işə aldı - DGK-də təyinat

08 May 2019 [18:24]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş mətbuat katibi Elman Babayev Dövlət Gömrük Komitəsində (DGK) işə başlayıb.

O, Komitənin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin inspektoru vəzifəsi həvalə olunub.

DGK-nin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov "Report"a faktı təsdiqləyib.

O bildirib ki, E.Babayev DGK-da bu gündən fəaliyyətə başlayıb.

Qeyd edək ki, E.Babayev 2014-2018-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində işləyib.

Lakin Səlim Müslümov nazir vəzifəsindən azad edildikdən qısa müddət sonra yeni nazir Sahil Babayev onu vəzifəsindən uzaqlaşdırdı.

Mia.az


SON XƏBƏRLƏR