Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

08-05-2019 [17:59]
Cəlilabad rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yeni Ələt-astara yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, 3 nəfər yaralanıb.

Hadisənin təfərrüatları və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR