Komissiyanın tərkibi genişləndirildi - Bu şəxslərə yeni vəzifə verildi + SİYAHI

08-05-2019 [15:32]
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibi təsdiq olunub.

Azərbaycan Dövlət Neft Fondundan Mia.az-a verilən məlumaata görə, Prezident İlham Əliyevin "Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərmanına əsasən, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanınyeni tərkibi genişləndirilib:

"Belə ki, Komissiyanın tərkibinə Dövlət Neft Fondunun İcraçı direktoru (sədr), Azərbaycan Energetika, Vergilər, Maliyyə, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlərinin müavinləri, Dövlət Statistika Komitəsi sədrinin müavini ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini də daxil edilib”


SON XƏBƏRLƏR