Mərkəzi Bankı sədrinin I müavini IFC-in regional meneceri ilə görüşdü

08-05-2019 [12:43]
Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin I müavini Alim Quliyev Azərbaycanda səfərdə olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) regional meneceri Damien Şilsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Mia.az xəbər verir ki, görüşdə IFC-nin Azərbaycandakı hazırki və gələcək fəaliyyət proqramı, o cümlədən maliyyə infrastrukturu, elektron və rəqəmsal maliyyə xidmətləri ilə bağlı məsələlər müzakirə olunub.

A.Quliyev təmsil etdiyi qurumun həyata keçirdiyi layihələr barədə məlumat verib. O, beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi nüfuzlu beynəlxalq maliyyə-kredit institutları, o cümlədən BMK ilə əlaqələrin önəmini diqqətə çatdırıb. Mərkəzi Bank və BMK arasında əməkdaşlığı yüksək qiymətləndirərək əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

D.Şils təmsil etdiyi qurumun Azərbaycanda fəaliyyətindən məmnunluğunu bildirib və IFC-nin proqramların; həyata keçirməsində göstərdiyi dəstəyə görə AMB-yə təşəkkürünü bildirib. O, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işləri, aparılan islahatları müsbət qiymətləndirərək təmsil etdiyi qurumun bundan sonra da ölkəmizdə özəl sektorun dəstəklənməsinə hazır olduğunu qeyd edib.

Görüşdə həmçinin AMB və IFC arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR