Bakıda daha bir marşrutun hərəkət istiqaməti dəyişdirildi

img

08-05-2019 [13:27]


Bakıda gedən təmirlə bağlı 596 saylı marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

O qeyd edib ki, Xocahəsən yolunda gedən təmir işləri ilə əlaqədar olaraq 596 saylı marşrut xəttinin (Xırdalan şəhəri-Karvansaray T/M) hərəkət istiqaməti dəyişdirilib:

"596 saylı marşrut xətti üzrə avtobuslar Qaradağ rayonunun Lökbatan-Xocahəsən ərazisində, Sədərək Ticarət Mərkəzinin yaxınlığındakı Meyvəli bazarından alternativ Yeni Yasamal yolu ilə Biləcəri dairəsi üzrə hərəkət edərək yollarına davam edirlər. Bir neçə gün davam edəcək təmir işlərinin yekununda həmin istiqamətdə hərəkət edən avtonəqliyyat vasitələrinin hərəkəti üçün daha əlverişli şərait təmin ediləcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR