"İnflyasiya artacaq, yaşam şərtləri bir az da çətinləşəcək” - Qubad İbadoğlu

img

08-05-2019 [11:31]


"Yüksək Seçim Kurulunun İstanbulda seçimlərlə bağlı qərarı yalnız siyasi səhnədə deyil, həm də iqtisadi sahədə Türkiyənin durumunu xeyli pisləşdirib”.

Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.

 O bildirib ki, bunun bədəlini ilk növbədə hakimiyyət ödəyəcək:

"Hazırda baş verənlər hələ görünən sonun başlanğıcıdır. Hesab edirəm ki, prosesin gedişində Türkiyədə vətəndaş fəallığı artacaq, müxalifətin daha çevik və geniş konsolidasiyası baş verəcək. O cümlədən iqtisadiyyatın barometrinə çevrilmiş türk lirəsi daha da dəyərdən düşəcək, inflyasiya artacaq, yaşam şərtləri bir az da çətinləşəcək”.

Q.İbadoğlu düşünür ki, perspektivlər Ərdoğan hakimiyyəti üçün yaxşı nəticələr vəd etmir:

"Hakimiyyət gözlənilmədən qarşılaşdığı iki pis ssenarinin arasından ən pisini seçdi. Bu bir daha göstərdi ki, tarixən tiranlar buraxdıqları səhvlərin girovuna çevrilir və avtoritar hakimiyyətlər dağılır. Bir sözlə, məhşur filmdə deyildiyi kimi, sonda hər şey gözəl olur. İnanıram ki, Türkiyədə demokratiya qalib gələcək".

İqtisadçı sonda Ərdoğanın tezliiklə hakimiyyətini itirəcəyini iddia edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR