Saatlı sakinindən narkotik götürülüb

img

08-05-2019 [11:10]


Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri həyata keçirilib. 

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mia.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Saatlı rayonu Azadkənd kənd sakini Zeyqəm Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. 

Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki polietilen torbadan ümumi çəkisi 265 qram, ona məxsus fərdi yaşayış evinin həyətindəki tikilidən isə ümumi çəkisi 130 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR