Binəqədidə yataqxanada yanğın oldu

img

07-05-2019 [23:25]


Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən Dərnəgül-3 saylı yataqxanada yanğın baş verib.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, yataqxanada yaşayış olmayıb. Hadisə beşmərtəbəli yataqxananın 4-cü mərtəbəsində qeydə alınıb.

Həmin mərtəbədə yığılmış zibil qalıqlarında yanğın baş verib.

Hadisə yerinə FHN-nin dövlət yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb olunub. Hadisə nəticəsində 5 kv.m. sahə yanıb.

FHN-nin yanğından mühafizə bölmələri tərəfindən yanğınnın qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR