Vətəndaşların 71,8%-nə kompensasiya ödənilib

07-05-2019 [22:32]
Prezident İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanına uyğun olaraq, vaxtilə ABŞ dolları ilə götürülmüş kreditlər üzrə kompensasiya almalı olan vətəndaşların 71,8%-nə ödəniş edilib".

Bu sözləri AzTV-nin "Günün nəbzi" verilişinin efirində Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və Tənzimlənmə İdarəsinin rəisi Orxan İsmayılov bildirib.

Onun sözlərinə görə, ümumilikdə 602347 nəfərə kompensasiya ödənilməlidir. Bunlardan isə 432 677 nəfərə ödənişin həyata keçirildiyi son 15 gün ərzində pul ödənilib. Artıq fərmanın restruktizasiya ilə bağlı hissəsinin icrasına başlanılıb/Report


SON XƏBƏRLƏR