Gürcü icra başçısı: "Gürcüstan-Azərbaycan münasibətlərini heç bir qüvvə poza bilməz"

07-05-2019 [19:25]
"Azərbaycanın ümumilli lideri Heydər Əliyev Gürcüstanla münasibətlərin inkişaf etdirilməsində müstəsna rol oynayıb".

Bunu Gürcüstanın Dmanisi rayonunun icra başçısı Giorgi Tatuaşvili jurnalistlərə deyib.

Onun sözlərinə görə, H.Əliyevin davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyev də Gürcüstanla münasibətlərə xüsusi önəm verir: "Azərbaycan və Gürcüstan arasında dostluq və mehriban qonşuluq münasibətləri əsrlər boyu mövcuddur. Əsrlərlə sınanmış və möhkəm münasibətləri heç bir qüvvə poza bilməz".

G.Tatuaşvili bildirib ki, Gürcüstan rəhbərliyi Azərbaycanla münasibətlərin gücləndirilməsi və daha da dərinləşdirilməsinə xüsusi diqqət verir/Report.


SON XƏBƏRLƏR