Prezidentdən Mənzil İnşaatı Dövlət Agentliyi ilə bağlı fərman... - Nələr dəyişdi?

07-05-2019 [18:26]

Bu gün Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) haqqında fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmana əsasən, "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanında aşağıdakı dəyişiklik edilib:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1820; 2017, № 5, maddə 821, № 11, maddə 2006; 2018, № 2, maddə 181, № 5, maddə 920, № 6, maddə 1196, № 9, maddə 1825; 2019, № 1, maddə 59, № 2, maddə 218) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.5-1-ci (hər iki halda) və 6.4-cü bəndlərində "Elektron ipoteka” sözləri "Elektron ipoteka və kredit zəmanət” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1418 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 822; 2018, № 5, maddə 920, № 6, maddə 1196, № 9, maddə 1825; 2019, № 2, maddə 218) ilə təsdiq edilmiş "Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1.2-ci yarımbəndə "nəzərdə tutulan” sözlərindən sonra "elektron kabinet verilmiş şəxslər və” sözləri əlavə edilsin;

2.2. 6.1.13-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

"6.1.13. mənzilin dəyərinin ödənilməsi üsulunun seçilməsi;”;

2.3. 6.1.14-cü yarımbəndə "mənzili” sözündən sonra ", Qaydanın 5.7-1-ci bəndinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin;

2.4. 6.1.15-ci yarımbənddə "müraciətedənin” sözü "istifadəçinin” sözü ilə əvəz edilsin;

2.5. 6.2-ci bənddə "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri "Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;

2.6. 8.0.1-ci yarımbənd üzrə:

2.6.1. 1-ci abzasda "kabinet yaratmaq” sözü "kabinetdən istifadə etmək” sözləri ilə əvəz edilsin;

2.6.2. 3-cü abzasda "4.3.1–4.3.9-cu” sözləri "4.3.1–4.3.10-cu” sözləri ilə əvəz edilsin;

2.6.3. 6-cı abzas aşağıdakı redaksiyada verilsin:

"6. mənzilin dəyərinin ödənilməsi üsulunun seçilməsi;”;

2.7. 8.0.2-ci yarımbəndin 1-ci abzası aşağıdakı redaksiyada verilsin:

"1. Qaydada nəzərdə tutulan bildirişləri istifadəçinin elektron kabinetində yerləşdirmək;”.

 



SON XƏBƏRLƏR