Əli Əhmədovdan növbədənkənar parlament seçkisi xəbərlərinə - Reaksiya

07-05-2019 [16:41]
Hakim Yeni Azərbaycan Partiyası (YAP) ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə iddialara münasibət bildirib.

Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, növbəti parlament seçkiləri gələn il baş tutacaq.

O bildirib ki, parlament seçkilərinin keçirilmə vaxtı Azərbaycan Konstitusiyasında müəyyənləşib və növbəti seçki 2020-ci ildə olacaq.

Ə.Əhmədov xatırladıb ki, bu il isə Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək./Report/


SON XƏBƏRLƏR