Rusiya XİN: "Azərbaycanda irqçilik, ksenofobiya əlamətləri yoxdur"

07-05-2019 [14:32]
"Azərbaycanda neonasizm, irqçilik, ksenofobiya əlamətləri yox dərəcəsindədir".

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin "Nasizmin qəhrəmanlıq donuna büründürülməsi, neonasizmin və müasir irqçilik, irqi ayrı-seçicilik, ksenofobiya və əlaqədar dözümsüzlük formalarına rəvac verən başqa fəaliyyət növlərinin yayılması barədə” mövzusundakı növbəti hesabatında bildirilir.

"Azərbaycan nasizm üzərindəki qələbədə sovet xalqının rolu haqqında tarixi yaddaşın qorunması, İkinci Dünya müharibəsi tarixinin təhrif olunması və nasizmin qəhrəmanlıq donuna bürüdülməsi cəhdlərinin əngəllənməsi baxımından Rusiya ilə müştərək yanaşma göstərir. 2018-ci ildə Azərbaycan BMT Baş Asambleyasının "Nasizmin qəhrəmanlıq donuna büründürülməsi, neonasizmin və müasir irqçilik, irqi ayrı-seçicilik, ksenofobiya və əlaqədar dözümsüzlük formalarına rəvac verən başqa fəaliyyət növlərinin yayılmasına qarşı mübarizə” adlı qətnamənin lehinə səs vermişdi”, – sənəddə qeyd olunur.

Xatırladaq ki, qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, hər hansı cinayət əməlində milli, irqi, dini zəmindəki nifrət amilinin mövcudluğu cəza təyin edilərkən ağırlaşdırıcı hal sayılır/Report.


SON XƏBƏRLƏR